Fazil Mustafa: “Daha diqqətli və ehtiyatlı olmalıyıq”

Rusiya və Türkiyədə baş verən terror aktları, xüsusiə də rus səfirinin Ankarada öldürülməsi regiondakı gərginliyin bir qədər də artmasına səbəb olub. Maraqlıdır, regiondakı bu gərginliyin ölkəmizə də sirayət etməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bunun tamamilə mümkün olduğunu vurğuladı:
“Təbii ki, regiondakı bu gərginliyin Azərbaycana sirayət etməsi mümkündür. Çünki Azərbaycan region ölkələrindən biridir və regionda baş verən proseslərdən tamamilə kənarda qalması mümkün deyil. Bu baxımdan indiki məqamda daha diqqətli və ehtiyatlı olmalıyıq. Çalışmaq lazımdır ki, regiondakı proseslərin mənfi nəticəsi ölkəmizə mümkün qədər az təsir etsin”.

24.12.2016 10:00 89 dəfə baxılıb