Visiontv.az xəbər verir ki, rejissor Natiq Axundun “Ramazan payı” filmi izləyicilərin böyük maraq və rəğbətinə səbəb olub. Bu film də “Dünyada bir gün” layihəsinə daxil olan, ibrətamiz bir xarakter daşıyır.
 
Filmin sosial şəbəkədə geniş izləyici kütləsi qazanması, geniş vüsət alması ölkənin hüdudlarını aşmasına, xaricdə yaşayan azərbaycanlıların və türklərin də diqqətini çəkib. Eyni zamanda film Almaniyada yaşayan qardaş türk  xalqının nümayəndələrinin təşəbbüsüylə alman dilinə tərcümə olunaraq orada da yayımlanıb.
 
Qeyd edək ki, ötən həftə Natiq Axundun çəkdiyi “Möcüzə” adlı qısametrajlı filmi də böyük izləyici auditoriyası ilə gündəmə gəlmişdi.
 
Hər iki film “Qacan Atlar Production”-a aiddir.

 

 

 

29.09.2016 19:40 734 dəfə baxılıb