“Möcüzə” qısametrajlı filmi “Dünyada Bir Gün” adlı layihə silsiləsinə aiddir. Qeyd edek ki, layihənin öncəki filmi “Ramazan payı” 100 minlərlə izləyicinin marağına səbəb olub. Eyni zamanda sosial şəbəkədə paylaşım və baxış sayına görə də yüksək rəğbət qazanıb.

Visiontv.az-a açıqlamasında rejissor Natiq Axund, filmin qısametrajlı olmasının səbrsiz insanlar üçün daha uyğun olacağını və film yorucu olmadan hər kəsə öz mesajını ötürəcəyini vurğuladı. “Qeyd edim ki, son zamanlar insanların səbr və ümumi əhvalını nəzərə alsaq, qisa filmlər onların izləyə bilməsi üçün daha uyğun və münasib olduğunu düşünürəm. Bizə gəlincə, xronometraja görə işimiz deməzdim rahat olur, əksinə kinoda, qısa zamanda mövzunu, məqsədi fikri çatdırmaq daha çox güc, məsuliyyət tələb edir. Bu və digər çətinliklərin həllini isə yalnız Allaha sığınmaqla əldə etmək olar deyə düşünürəm. Nəticəni isə təbii biz deyil, izləyici deyə bilər”.

Sonda Natiq Axund filmin ərsəyə gəlməsində dəstəyi olan hər kəsə, “Modern Hospital”-a, “AzEstetik Group”-a, “Azerbaijan TRAVEL AGENCY”-yə “Tamella” qadın salonuna, “Komputer Servis-ə və “Vision Tv”-yə təşəkkürünü bildirdi.

n1

n3

n4

n5

n7

25.09.2016 12:37 1,021 dəfə baxılıb