Bir münasibətin xoşbəxt bir şəkildə davam etməsi bir sıra proseslərə bağlıdır. İnsan əvvəl nə istədiyini biləcək, sonra istəklərinə uyğun insanları axtaracaq və ən sonunda variantlar içindən uyğun olanıyla xoşbəxt olmağı seçəcək. Bəli, məntiqlə sevgi və dinc əlaqələr üçün ən əsas zərurətlər bunlardır.
Amma bu zərurətlər hazırda heç də diqqətə alınmayan çoxluqlar olaraq görülür. Kişilərin axtardıqları qızı tapdıqlarını düşündükdən bir müddət sonra xəyal qırıqlıqlarına düşdükləri və sinirlənmələri buna ən yaxşı göstəricidir. Məhz kişilərin nə istədiyini bilmədiklərinin sübutları;

 1.Gözəl qadınlarla birlikdə olmaq istəyən kişilər
Bu kişilərdən bir çoxu gözəl bir qadınla birgə olduqdan qısa bir müddət sonra gözəlliyin onlara çatmadığından, gözəlliyin başa bəla olduğundan şikayətlənirlər. Özünə inamsızlıq və qısqanclıqları münasibətlərini zəhər etməyə kifayət edəcək qədər artar. “Gözəl olsun, kifayətdir”. Dəyən oğlanlarımız bu dəfə də münasibəti bitirmək üçün gözəlliyi yetərli görürlər.

2.Seksi və təcrübəli qadınlarla birlikdə olmaq istəyən kişilər
Gözəl qadında olan problemlər bu vəziyyətdə də etibarlılığını davam etdirər. Paltarın ölçülərinə qarışılmağa, dekoltedən yuxarını diqqətlə şallarla bağlanmağa başlayar. Etinayla qadının keçmişi öyrənilər, keçirilən günlər zəhərə dönər. Və bir müddət sonra axtarılan seksuallıq ayrılmaq üçün təməl səbəbi təşkil edər.

3. Mədəniyyətli və ağıllı qadınlarla birlikdə olmaq istəyən kişilər
İlk başda kişilərə təsir edən bu zəka və intellektuallıq bir müddət sonra kişini qorxudan bir silaha çevrilir. Qadını istədiyi kimi formalaşdırılmayan kişi, onun fikirlərinə hörmət etməməyə başlayır və hər kəlməsini öz hökmranlığına bir üsyan kimi qiymətləndirir. Və qorxan kişilər ayrılaraq qorxularının və acizliyinin üstünü örtərlər.

 4. Hicablı və dinin qadağalarına tabe olan qadınlarla birlikdə olmaq istəyən kişilər
Belə qızlarla münasibətə başlayan kişilər bir müddət sonra bu qızları məhdudlaşdırıcı, özünə əmin və əl ələ belə tutuşmayan fanatlar kimi görürlər və dəyişdirməyə çalışırlar. Ancaq dəyişdirməyincə də ayrılmaq üçün əllərindən gələni edirlər.

 5. Anası kimi ev işlərində yaxşı olan qadınlarla birlikdə olmaq istəyən kişilər
Kişilər bir müddət sonra bu qadınların özlərini təmin etmədə qeyri-kafi, mədəniyyətsiz və mənasız olduqlarını söyləyirlər və ayrılmaq üçün can atırlar.

Visiontv.az

18.10.2016 14:57 89 dəfə baxılıb