Azərbaycanda yeni sosial şəbəkə  MyDay.az … Sosial şəbəkənin yaradılmasında məqsəd şəbəkəyə qoşulan şirkətlər vasitəsilə istifadəçilərin hədiyyələr qazanmasını təmin etmək, o cümlədən gənclərin bir-biriylə əyləncəli dialoqunu qurmaq, vaxtlarını daha sərfəli və maraqlı keçirməsini təşkil etməkdir.

Qeyd edək ki, qonşu ölkələrin özünəməxsus sosial şəbəkələri olduğu halda Azərbaycanda hələlik belə bir sistemli sosial şəbəkə yox idi. Yaradıcılar bu baxımdan MyDay layihəsini həm də Azərbaycanın ilk milli sosial şəbəkəsi kimi qiymətləndirirlər.

“Mənim günüm” (myday) adlı sosial şəbəkədə istənilən şəxs pulsuz qeydiyyatdan keçərək öz səhifəsini yarada, şəkillərini, musiqi və videolarını paylaşa bilər. Şəbəkədəki insanların bir-birlərinə rəy bildirmək, yaxud paylaşılan fikirləri bəyənmək (like) imkanları var. Sosial şəbəkədə müxtəlif mövzulu müsabiqə və kampaniyalara da start verilib.

Nəzərinizə çatdıraq ki , Myday-in istifadəçilər üçün təşkil etdiyi kampaniyaya MİA,Forlax ,Özkaya Group, Vision TV, Hotel Admiral, Vizitka.az , Park Bulvarda yerləşən Sport Cafe, Park Cinema,Veranda Restoranı, Theatre Lounge , Azərbaycan Akademik Milli Dram Teatrı, Opera və Bilet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı,Gənc Tamaşaçılar Teatrı qoşulub.

Bir sıra şirkətlər də artıq bu sosial məsuliyyətlilik layihəsinə qoşulmaq üçün müraciət ediblər. Şəbəkədən istifadə etməklə bərabər burada keçirilən kampaniyalardan yararlanaraq bolluca hədiyyələr qazanmaq mümkündür.

Myday.az  milli sosial şəbəkəsini   insanlar arasında yaymaq üçün Park Bulvar AVM-də  PR kompaniyası baş tutdu. AVM-nə gələn bir çox insanlara bu sosial şəbəkə  haqqında ətraflı məlumat verildi.Park bulvar AVM-də  keçirilən aksiyada  onlarla insan  milli sosial şəbəkədən qeydiyyatdan keçərək, üzv oldular.

 

 

23.04.2015 14:50 768 dəfə baxılıb