148

Ev və iş yerlərində gün ərzində istifadə edilən texnoloji avadanlıqlar, həyatı asanlaşdırılmasına baxmayaraq, səhv və ya çox istifadə etdikdə insan sağlamlığına mənfi təsir göstərən elektromaqnit sahələrin yaranmasına yol açır.
Cib telefonu, kabelsiz internet şəbəkəsi, baza stansiyaları, kompüter ekranı, televiziya, radio, saç qurutma maşını, soyuducu, mikrodalğalı sobalar, elektrikli ev alətləri, nüvə stansiyalar, yüksək gərginlik xətləri, rentgen aparatları, transformatorlar, flüoressensiya və ekonomik lampaların elektromaqnit sahə yaratdığını deyən mütəxxəsislər, göstərilən texnoloji avadanlıqların zərərləri barəsində aşağıdakıları müəyyənləşdirmişlər.
Elektromaqnit dalğaların bədəndəki toxumaları qızdıraraq, ya da kimyəvi dəyişikliklərə uğradaraq zərər verdiyini mütəxxəsislər:
“Bu dalğalara məruz qalma müddəti və məruz qalan məsafə bədəndəki zədələnmə nisbətini müəyyən edən ən mühüm amillərdir. Elektromaqnit radiasiyanın, beynin elektrik quruluşunda və diqqət, xatırlama, reaksiya vermə kimi qavrama funksiyalarında qısa müddətli dəyişikliklərə səbəb olur. Buna bağlı olaraq, üzərimizdə yaranan təsirləri yorğunluq, narahatlıq, əsəbilik, depressiya və yuxu pozğunluqları, baş ağrısı, başgicəllənmə, yaddaş itkisi, qulaq guruldaması və oynaq ağrıları kimi şikayətlər sayıla bilər.

ƏMƏLİ TƏKLİFLƏR
İstifadə etmədiyiniz elektrik alətlərini, ya qapalı saxlayın, ya da elektrik xəttindən ayırın.
LED, LCD və ya plazma kompyuter ekranlarını və televiziyaları istifadə etməyə diqqət edin.
Yataq otağına televizor və kompüter qoymayın, əgər varsa, yatarkən söndürməlisiniz.
Saç qurutma maşınının maqnit sahəsi yüksəkdir. Bu səbəblə, davamlı istifadə etmək əvəzinə fasilələrlə qısa müddətli istifadə edin.
Cib telefonlarının ürək üzərində, sinədə olmamasına diqqət edin. Ürək batareyası istifadəçilərinin telefonu üzərində daşıması təklif edilmir.
Cib telefonunu həmişə kabel qulaqcıqla istifadə edin.
Kabelsiz telefonlar və kabelli modem istifadə edilməlidir. Kabelsiz internet istifadəsini dayandırdıqda, kompüterin Wi-Fi menyusunu bağlamağı unutmayın.
Surətçıxarma maşınları və mikrodalğalı sobalar kimi alətlərdən mümkün olduqca uzaq durmağa çalışın.
Elektrikli təraş maşınının mümkünsə batareyalı modellərini istifadə etməyə üstünlük edin.

24.10.2016 15:59 146 dəfə baxılıb