• [popupwfancybox id=”1″]
  • Rusiyanın tanınmış modellərindən biri Yuliya Kaunova ət parçalarından “tikilmiş” donla fotosessiyaya çəkilib. Çəkilişlər Sankt-Peterburq şəhərindəki restoranlardan birində “Maxim” jurnalı üçün aparılıb.

    Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Yuliya Kaunovanın dediyinə görə, maraqlı eksperimentə düşünmədən razılaşıb. Paltar çəkiliş meydançasında “tikilib”. Mal əti parçaları bir-birlərinə elən modelin vücudunda bərkidilib və bu proses bir saat çəkib. “Paltar”ın çəkisi 25 kq idi.

    “Paltarın ağırlığını hiss etmirdim. Amma çəkiliş meydançasında saatlarla qaldım. Sofitlərin gur işığı altında paltar iki saat sonra iy verməyə başladı. Səhər saat 5-də isə “paltar” leş qoxuyurdu”, – Yuliya Kaunova deyib.

    Məşhur müğənni Ledi Qaqa 2010-cu ildə “MTV Video Music Awards” mükafatlarının təqdimat mərasiminə ətdən “paltar” geyinərək yollanmışdı.

12.10.2016 11:50 546 dəfə baxılıb