Visiontv.az xəbər evrir ki, Meksikanın ən məşhur kahini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə bağlı proqnozlar verib.
“Ən Böyük Sehrbaz” ləqəbli kahin Antonio Vazquez ötən yeni ildə verdiyi proqnozlarda Trampın ABŞ prezidenti seçilməyəcəyini iddia etmişdi.
Kahin bu dəfə Trampın 20 yanvarda səlahiyyətlərinin icrasına başladıqdan sonra Meksika ilə mülayim davranacağını söyləyib.  Vazquez, həmçinin amerikalı siyasətçinin seçki kampaniyasında söz verdiyi kimi 2017-ci il ərzində Meksika sərhəddinə divar hördürməyə başlayacağını da iddia edib.
Daha əvvəl verdiyi proqnozlarının bir çoxunun doğru çıxdığı söylənilən kahin Vazquez 2016-cı ilin yanvar ayında ABŞ prezident seçkilərində Trampın uduzacağını demişdi. Həmçinin El Chapo (Bəstəboy) ləqəbli Meksikalı narkotik baronu Joaquin Guzmanın 2016-cı ildə öləcəyini iddia etmişdi.  Ancaq məşhur kahin hər iki proqnozunda da yanıldı.
Image result for Meksikalı kâhinden yeni ‘Trump’ tahmini
Image result for Meksikalı kâhinden yeni ‘Trump’ tahmini

08.01.2017 11:11 160 dəfə baxılıb