[popupwfancybox id=”1″]

Səudiyyə Ərəbistanında Ümrə ziyarəti üçün ölkəyə gələnlərə yeni qaydaların tətbiqi barədə sənəd hazırlanır.

Visiontv.az Türkiyə mətbuatına istinadən bildirir ki, qaydalar qüvvəyə minəcəyi təqdirdə, Ümrəyə birinci ziyarət istisna olmaqla gələn hər bir müsəlman 540 dollar ödəməlidir.

Bu təklifə ilk etiraz Türkiyədən gəlib. Həcc və Ümrə Səyahət Agentliyinin üzvü olan turizm şirkətlərinin nümayəndələri bir araya gələrək təklifin geri götürülməsini istəyiblər. Qurumun rəhbəri Məhmət Uzunər bu addımın yanlış olduğunu bildirib: “Bu qərar İslam aləmində ciddi etirazlarla qarşılanacaq, çünki hər bir müsəlmanın ürəyində Kəbəni görmək arzusu var”.

Uzunərin sözlərinə görə,  Məkkəyə uçmaq istəyənlərin sayı artıq azalıb.

Misir və İordaniyada da  vətəndaşların Ümrə ziyarətinə getməkdən imtina edəcəyini bildirilir.

05.10.2016 11:40 196 dəfə baxılıb