487313

“Sal qolunu içəri! Ağlama, kəs kəsini!”

Bunu deyən fermer tabuta uzatdığı qaradərilini “sakitləşdirməyə” çalışır. Tabutdakı qaradərili isə qorxusundan ağlayır, yalvarır.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, olay Cənubi Afrika Respublikasının Kvazulu-Natal bölgəsində yaşanıb.

Böyük fermer təsərrüfatının sahibi olan ağdərili şəxs işçilərindən birini pis işlədiyinə görə cəzalandırmaq qərarına gəlib.

O, əynində “Orlando Pirates” klubunun loqotipi olan futbolka geyinmiş 20-22 yaşlı qaradərilini tabuta uzadıb. Qaradərili ağlayır, amma fermer ona fikir verməyərək qabutun qapağını örtməyə çalışır.

Qaradərili zulusdur. Fermer isə afrikaans dilində danışır.

“Sən çox pis işləyirsən. İndi tabuta ilan da atacağam!” – fermer deyir.

Video sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub. Bu vəhşi, aşkar irqçi davranışlı fermerin müəyyənləşdirilməsi və cəzalandırılması tələb olunur.

CAR polisi araşdırmalara başlayıb.

08.11.2016 12:03 300 dəfə baxılıb