image

Bu dünyanın heç bir varı dövləti,

Mənə verməz Ana sənin yerini.

Nə qızılı nə gümüşü zinəti,

Mənə verməz Ana sənin yerini.

*****

Günəş çıxar Ana məni isitməz,

Soba yanar donan əlim isinməz.

Qəlbim sənsiz heç kimsəyə isinməz,

Heç nə verməz Ana sənin yerini.

*****

Bahar gələr bağ-bağçalar gül açar,

Quşlar uçar cəh-cəh vurar dil açar.

Toy vurular qız gəlinlər qol açar,

Bahar verməz Ana sənin yerini.

*****

Göz yaşlarım dən -dən olar üzümdə,

Heç qurumaz yer eləyər gözüm də,

Qəribliyə düşər mənim sözümdə,

Kimsə sevməz Ana qərib birini.

*****

Qınaq olar Ana mənim göz yaşım,

Çoxu bilməz yaradır bağrım başı.

Necə sevim indi mən soyuq daşı?

O , daş verməz mənə sənin yerini.

Nahidə

pakseladin

23.10.2016 01:28 81 dəfə baxılıb