Visiontv.az daha çox Aşura günündə bişirilən hədiyin hazırlanma qaydasını təqdim edir:

 

Tərkibi: 

1 st. lərgə
1 st. yaşıl mərcimək
1 st. qara lobya
1 st. maş
1 st. noxud
1 st. buğda
1 st. qarğıdalı
1 st. alça qurusu (zövqə görə)
1 baş soğan
yağ
duz
Paxlaları, qarğıdalını və buğdanı hər birini ayrı qazanlarda yumşalanadək qaynadın. Soğanı xırda doğrayıb iri qazanda yağda qovurun. Qaynatdığınız ərzağı, həmçinin alça qurusunu (qədəri zövqə görə az və ya çox ola bilər) əlavə edin. Üzərinə çıxanadək soyuq su tökün. Duz vurun. 15 dəqiqə qaynadıb ocaqdan götürün.

 

12.10.2016 07:50 187 dəfə baxılıb