Azərbaycanın ən güclü internet resurslarından biri olaraq hədəflədiyimiz və “Gəz, dolan Azərbaycanı!” şüarı altında fəaliyyət göstərən www.azerbaijan360.az saytı hazırda Azərbaycanda virtual turlardan ibarət ən böyük internet portaldı.

Bu layihə ilə, Azərbaycanda regionların, şəhərlərin, əyləncə mərkəzlərinin, ölkənin ən tanınmış otel, fitness və spa mərkəzlərinin, avtosalon və yaxtalarının, eyni zamanda şəxsi bizneslərin virtual gəzintisinə imkan verən ilk və yeganə portal istifadəçilərin ixtiyarına verilib. Həmçinin, ölkəmizin təbliği və dünyada  layiqincə  tanınması üçün, Azərbaycanın qədim tarixə malik Qax, Gəncə, Tovuz, Zaqatala, Şəmkir və Xaçmaz kimi bölgələrinin ərazisində olan və xalqımızın milli-mənəvi dəyərlərini, tarixini özündə əks etdirən abidələr, yurd yerləri virtuallaşdırılaraq sayta daxil edilib. Məqsədimiz, Cənab Prezidentimizin yeritdiyi uğurlu siyasətə uyğun olaraq, yeni bir dönəmə imza atan ölkəmizin inkişafına öz töhvəmizi vermək və ölkəmizin layiqincə tanınması və təbliği yolunda bu sahədə əlimizdən gələni etməkdir.

İlk dəfə olaraq Azərbaycanı virtual əhatə edən www.azerbaijan360.az layihəsi vasitəsilə izləyicilərimiz bütün Azərbaycanı virtual olaraq gəzmə imkanı əldə edir. Bu layihə ölkəmizə səyahət etmək istəyən turistlər üçün də çox rahat şərait yaratmış olur. Sözügedən məkanların virtual görüntüsünü təşkil etmək bu məkanlara marağı daha çox artırmağa və qısa bir zamanda internet üzərindən daha asan tanınmasına imkan yaratmış olur. Bizim hazırladığımız virtual gəzintilərdən yalnız ölkəmizdə yaşayanlar deyil, internetdən istifadə edən hər kəs dünyanın istənilən yerindən yaxından və ətraflı tanış olurlar. Bununla da istər vətəndaşlarımız, istərsə də, ölkəmizə gələn turistlər üçün əhəmiyyətli resurs olan virtual turların vasitəsilə, turistlərin ziyarət edəcəkləri məkanla öncədən internet vasitəsilə qiyabi olaraq tanış olmalarına şərait yaratmış oluruq.

www.azerbaijan360.az portalı, eyni zamanda virtual turu çəkilmiş obyektləri cənab Prezident tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş olunmuş Azərbaycanın milli resursu olan “GoMap” naviqasiya sistemində təqdim edir.  www.azerbaijan360.az virtual tur layihəsi Azərbaycanı daha yaxşı tanıtdırmağa, onun nə qədər köklü mədəniyyətə sahib olduğunu nümayiş etdirməyə, ölkəmizə yatırılan sərmayələrin həcminin artırılmasına təkan verməyə istiqamətləndirilib. Saytda “Heydər Əliyev Beynəlxalq Havalimanı”və “Gəncə Beynəlxalq Havalimanı”ilə yanaşı , ən son layihələrimizdən olan “Milli Gimnastika Arenası” və “Su İdmanı Sarayı” kimi ölkəmizin ən önəmli obyektlərinin 360 dərəcəlik virtual tur çəkilişləri də yer almaqdadır.

26.09.2016 12:28 156 dəfə baxılıb