Ağlamıram mən sənə

Desinlər daş qəlblidir.

Ağlasam hamı deyər,

Bunun gözü nəmlidir.

***

Qoy hamı arsız desin,

Yanmır ağlamır desin.

Susub heç danışmaram,

Görənlər laldır desin.

***

Qoy kimsələr görməsin,

Dərddən necə yanıram.

Günəş də yalan olub,

Mən özüm od saçıram.

***

Göz yaşlarım gizlincə,

Hey axsınlar qəlbimə.

Yadlar çoxmu yanacaq,

Görəsən məndən sənə.

***

Soyutsun goz yaşlarım,

Gizlin yanan qəlbimi.

Ağlamıram ki sənə,

Əriyirəm şam kimi…

 

Nahidə Tagıyeva

pakseladin

17.10.2016 00:33 160 dəfə baxılıb