sagliginiza-iyi-gelecek-7-besin-cifti-7879762

Bəzi yeməklərin bir-birinə uyğunlaşması qidaların sorulmasını təmin edir və xəstəliklərin qarşısını almağa kömək olur. İngiltərəli qida mütəxəssisi Rob Hobsonun fikrincə, qidaların uyğunlaşması yeməklərin qida dəyərini artırır.

Visiontv.az xəbər verir ki, bir-biri ilə uyğunlaşan və sağlamlıq baxımından faydalı olan qida cütlükləri ilə sizi də tanış edir.

Banan və qatıq

Araşdırmalara görə, qatıq və banan kimi kalsium və insulin baxımından zəngin qidalar birləşdirildikdə mineral qatılığı artır.

Zeytun yağı və pomidor

Araşdırmalar göstərib ki, 3-5 qram yağ ehtiva edən və karotenoid baxımından zəngin olan qidalar bağırsaqlarda əmilməyə kömək olur. Narıncı və qırmızı qidalarda olan bu birləşmələr bədəni xəstəliklərdən qoruyur.

Süd və bal

Südün tərkibinə beyində serotonin və melatonin üçün lazım olan amin turşusu və triptofan daxildir. Karbohidrat kimi balda olan bəzi qidalar triptofan qəbuluna və insulinin aşağı düşməsinə kömək edər və digər amin turşularının rəqabətini azaldır.

Somon balığı və qaymaq

Somon balığı D vitamini baxımından zəngindir. D vitamininin kalsium qatılığı üçün süd məhsullarına ehtiyacı var. Buna görə də qaymaq limon və bəzi göyərtilərlə birləşdirilərək, somon üçün ləzzətli bir sous ola bilər.

Lobya və gül kələm

C vitamini baxımından zəngin olan gül kələm ilə dəmir tərkibli qidalardan olan paxlanı birləşdirmək alacağınız mineralın qatılığını artırır.

Yaşıl çay və limon suyu

Tədqiqatçıların fikrincə, limon suyu və yaşıl çayı birləşdirmək bədənin əmməsi üçün lazımlı olan antiokasidant miqdarını artırır.

Zərdəçal və qara bibər

Əgər zərdəçalda (sarıkök) olan faydalardan yararlanmaq istəyirsinizsə, qara bibərlə birləşdirərək yeyə bilərsiniz.

04.11.2016 15:40 118 dəfə baxılıb