“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif ƏliyevVisiontv.az-açıqlamasında saytlarla bağlı narahatlığını dilə gətirib. Vaxtiylə qəzetlərlə bağlı yaşanan mənfi tendensiyanın bu kəs saytlara münasibətdə müşahidə edildiyinə diqqət çəkən A.Əliyev, mövcud mənzərəni  medianın gələcəyinə yaxşı heç nə vəd etmədiyini vurğuladı:
“Bu gün saytlaırn başına qəzetlərin başına açdıqları oyunları açırlar. Saytların alış-verişi gedir. Ölkədə sayt alveri gedir. Təsisçilərin zorla və ya pul hesabına dəyişdirilməsi prosesi gedir. Bu isə mediaya, onun gələcəyinə yaxşı heç nə vəd etmir”.

12.01.2017 10:07 38 dəfə baxılıb