banan

Banan – dadlıdır, tutumludur, çoxlu vitamin və digər xeyirli elementlər ilə zəngindir. Bu sadaladıqlarımız bizim gündəlik təlabatımızdır. Saxaroza, fruktoza, sellüloz.

Banan alarkən bir neçə şeyə diqqət yetirmək lazımdır. Banan yaşıl-sarı rəngdə olur və tədricən yetişir. Yaxşı olar ki, banan alarkən tam saralmış, hətta qara ləkələr olan banan alasınız. Banan nəticə olaraq qaralır, lakin bu onun xarab olması demək deyil. Banan nə qədər qara olarsa, onda bir o qədər çox antikanserogenlər mövcuddur ki, onlar xərçəng xəstəliyi ilə mübarizə aparırlar, xəstəliyi profilaktika edirlər.

Araşdırmalar sübut edib ki, tam yetişmiş bananın tərkibindəki antikanserogenlər orqanizmdəki şişləri böyüməyə qoymur və yayılmasının qarşısını alır. Tərkibindəki yüksək miqdarda antioksidantlar insanın immun sistemini möhkəmlədir.

Yapon alimlərinin araşdırmaları onu göstərir ki, tam yetişmiş banan (qaralmış) ərkənlərinə nəzərən daha çox sellüloz, vitamin C, B vitamin qrupu, kaliy və antioksidantlara malikdir.

Lakin bu hələ son deyil. Banan daha nə ilə xeyirlidir?

1) Banan antiturşuluq xassəsinə malikdir ki, mədə qıcqırmaları zamanı kömək edə bilir.

2) Banan qan təzyiqini aşağı salır. Tərkibində kaliy miqdarının çox olması insult və ürək tutmalarını profilaktika edir. Banan – sağlam ürək qidasıdır.

3) Əlavə enerji verir. Məşqdən öncə 1-2 banan yesəniz, sizə əlavə enerji gəlmiş olacaq. Kaliy əzələ qıcının qarşısını alır, vitamin və minerallar dözümlüyü artırır.

4) Bananlar qanazlığı xəstəliyi üçün xeyirlidir. Tərkibindəki dəmir qırmızı qanı artırır, hemoqlabini yüksəldir.

5) Banan mədə xorası zamanı belə istənilən qədər yeyilə bilər. Bananın quruluşu mədəni aqressiv turşulardan qoruyur.

6) Banan depresiya ilə mübarizədə kömək edir. Tərkibindəki yüksək miqdarlı triptofan orqanizmdə serotoninə çevrilir. Bu “xoşbəxtlik hormonu” insanı sakitləşdirir, özünü xoşbəxt hiss elətdirir, əhvalını yüksəldir.

7) Banan həzm prosesini yaxşılaşdırır. Qəbzliyə qarşı yaxşıdır. Tərkibindəki sellüloz bağırsaqda hərəkətliyi təmin edir və qəbzliyi aradan qaldırır.

8) Banan əsəb pozğunluqları zaman yaxşıdır. Qan şəkərini normallaşdırır, B vitamin qrupu isə əsəbləri sakitləşdirir.

9) Banan insan bədənində istiliyi tənzimləyir. Əgər isti bir gündə banan yesəniz, bədən temperaturunuz aşağı düşər. Bunu soyuqdəymə zamanı da tətbiq etmək olar.

Araşdırmalara görə, yaşıl bananlar da xeyirlidir. Onların tərkibində şəkər azdır və onlar şəkər xəstəliyindən əziyyət çəkənlər üçün uyğundur. Üstəlik belə bananların tərkibində probiotik bakteriyalar da mövcuddur. Tam yetişməmiş bananların tərkibində nişastanın (kraxmal) çox olması insanı tez doyuzdurur.

10.11.2016 15:54 60 dəfə baxılıb