Kinosu, incəsənəti inkişaf etmiş ölkələrdə bu mədəniyyət çoxdan inkişaf etmişdir.

Söhbət kitaba, hansısa bədii əsərə treyler, qısa (tanıtım) film çəkməkdən gedir. Hansısa bir kitaba, bir əsərə treyler çəkmək… Sanki, bir filmə tizer, (anons) treyler çəkilirmiş kimi. Artıq Azərbaycanda da bu mədəniyyət inkişaf etməkdədir. İndi sizə təqdim edəcəyimiz treyler, azərbaycanlı rejissor, Natiq Axundun amerikali Nik Vujicicin “Hüdudsuz” adlı kitabına çəkdiyi treylerdir. Bu treyler, az öncə Azərbaycanda ilk dəfə olaraq, Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə (layihə rəhbəri Ruslan Sabirli) keçirilən Buktreyler festivalında iştirak etmiş, uğur qazanmışdı.

Qeyd edək ki, rejissor Natiq Axund Azərtbaycanda ilk kitab treyleri çəkən rejissorlardandır. Hələ bir neçə il bundan öncə “Buqelemun” romanına çəkdiyi “Buqelemun” treyleri ilə Azərbaycan kitab treyleri tarixinə imza atmışdır.

natiq-4

 

natiq-2

 

natiq-3

03.10.2016 10:59 596 dəfə baxılıb