İlk dəfə olaraq Azərbaycanı virtual əhatə edən “www.azerbaijan360.az” layihəsi vasitəsilə izləyicilərimiz bütün Azərbaycanı virtual olaraq gəzmə imkanı əldə edir.

“Visiontv.az” xəbər verir ki, bu layihə ölkəmizə səyahət etmək istəyən turistlər üçün də çox rahat şərait yaratmış olur. Sözügedən məkanların virtual görüntüsünü təşkil etmək bu məkanlara marağı daha çox artırmağa və qısa bir zamanda internet üzərindən daha asan tanınmasına imkan yaratmış olur.

Bizim hazırladığımız virtual gəzintilərdən yalnız ölkəmizdə yaşayanlar deyil, internetdən istifadə edən hər kəs dünyanın istənilən yerindən yaxından və ətraflı tanış olurlar. Bununla da istər vətəndaşlarımız, istərsə də, ölkəmizə gələn turistlər üçün əhəmiyyətli resurs olan virtual turların vasitəsilə, turistlərin ziyarət edəcəkləri məkanla öncədən internet vasitəsilə qiyabi olaraq tanış olmalarına şərait yaratmış oluruq.

19.09.2016 14:05 243 dəfə baxılıb