Kaliforniya Elmlər Akademiyasının biologiya profilli institutlarından biri 2016-cı ildə indiyə qədər elmə məlum olmayan 133 canlı növünün aşkarlandığını bəyan edib.
visiontv.az xarici media mənbələrinə istinadən xəbər verir ki, yeni kəşf olunan növlərin 23-ü balıqlara aiddir. Maraqlısı budur ki, ötən il elmə ilk dəfə əyan olan canlı növlərinin ən qəribəsi də elə balıqlar sinfindəndir. 2016-cı ildə ilk dəfə olaraq aşkarlanan insanüzlü balıq alimlərin heyrətinə səbəb olub. Onun uzunluğu 30-80 sm arasında dəyişir. İnsana həddindən çox oxşadığı üçün yeni balıq növünə “İnsanüzlü” adı verilib. Həddindən artıq sakit və səssizliyi ilə başqa növlərdən fərqlənir. Təhlükəyə olan reaksiyası da ləngdir.

08.01.2017 15:15 169 dəfə baxılıb