cuneyt

25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan həmçinin “dünyanın ən cəld qəssabı” adına layiq görülüb. Onu “ətin professoru” da adlandırırlar.

Visiontv.az xəbər verir ki, qardaş ölkənin bir çox məşhur simaları məhz onun məsləhət gördüyü ətləri alır və məhz onun tərtib etdiyi yeməkləri yeyirlər. Tanınmış qəssab-aşpaz yenidən Bakıya gəlib.
Türkiyəli məşhurlardan çoxunun üz tutduğu məşhur restoranlar şəbəkəsinin sahibi olan C.Asan maraqlı açıqlamalar verib. Qəssab-aşpaz onların yemək zövqündən danışıb. Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen kimi Türkiyənin çox məşhur sənətçilərinə xidmət etdiklərini deyən C.Asan onların arasında daha çox Bülent Ersoyun fərqləndiyini bildirib:
“Bülent Ersoyun Türk musiqisində də öz yeri var. Yeməkdə də özünəməxsus tərzi və zövqü var. Bizə gəlməzdən əvvəl mütləq zəng edir və nə istədiyini deyir. Onun menyüsünü damaq dadına və zövqünə uyğun hazırlayırıq. Bülent Ersoy yemək yeməyi çox sevir, yemək yedikdə özünü xoşbəxt hiss edir, enerjisi yüksəlir, qəhqəhə çəkir, onun üçün yemək bir xoşbəxtlikdir”.

Aşpaz-qəssab B.Ersoyun daim fərqli menyülər, fərqli yeməklər istədiyini söyləyib. Hər dəfə ona məxsus menyü hazırlanır. C.Asan müğənninin daha çox dana ətindən hazırlanan bonlfle və antrikot sevdiyini qeyd edib:
“Ətin ən ləzzətli yeri yağlı hissəsidir, o da bunu bəyənir. Çünki ət öz yağı ilə bişdiyi üçün çox ləzzətli olur, o da bunu çox yaxşı bilir. Məsələn, gəldikdə antrikot yemək istəyirsə, mütləq antrikot olmalıdır. Antrikot yemək istəyirsə, mütləq onu yeyəcək, başqa heç nəyi qəbul etməz. Çünki ağlında, beynində, qəlbində odur. İstədiyi yeməyi yemədikdə özünü xoşbəxt hiss etmir. Belə bir xüsusiyyəti var”.

Müştərilər arasında tərbiyəsi, hər kəslə gözəl ünsiyyət qurması ilə fərqlənən isə müğənni Murat Bozdur. C.Asan onun personalın ən sevimli müştərisi olduğunu bildirib:
“Ona görə də hər zaman onun üçün ən yaxşısını hazırlayıb təqdim edirlər. O da əti çox sevir. Sənətçilərin çoxu idmanla məşğul olduqları üçün daha çox ət yeyirlər. İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerji, güc olması üçün ət mütləqdir. Bilirsiniz ki, sənətçilər uzun müddət səhnədə dururlar, ona görə də idman və ətə ehtiyacları olduğu üçün onlardan vaz keçə bilmirlər. Ət yeməsələr, hazır qidalardan ətdə olan vitaminləri almalıdırlar. Ət də təbii qida olduğu üçün onu yeyirlər”.

İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerji, güc olması üçün ət mütləqdir. Bilirsiniz ki, sənətçilər uzun müddət səhnədə dururlar, ona görə də idman və ətə ehtiyacları olduğu üçün onlardan vaz keçə bilmirlər. Ət yeməsələr, hazır qidalardan ətdə olan vitaminləri almalıdırlar. Ət də təbii qida olduğu üçün onu yeyirlər”.

Daha çox ət yeməkləri sevənlərdən biri də müğənni Demet Akalındır. C.Asan onun daha çox kababları, əsasən də lülə kababını sevdiyini açıqlayıb. Aşpaz məşhur müştərilərinin onlara kapriz etmədiyini də bildirib:

“Demet Akalına yaxşı, təmiz, düzgün, gözəl bişmiş yemək təqdim etdikdə heç vaxt problem yaratmaz. Ümumiyyətlə isə, məşhurlar bizə heç kapriz də etmirlər. Çünki biz onların, onlar da bizim nə istədiyimizi bilirik. Onlar da, biz də nə edə biləcəyimizi bilirik. Başqa yerə gedəndə kapriz edə bilərlər, amma bizim restoranlara gəldikdə heç vaxt kapriz etmirlər. Çünki bizə inanırlar”.

C. Asan məşhurların bəxşiş vermə mövzusuna da toxunub. Onların arasında isə yenə də B.Ersoy fərqlənir: “Personala qarşı hamısı əliaçıqdır. Amma Bülent Ersoyun günüdürsə, əgər özünü xoşbəxt hiss edirsə, sadəcə personaldakı insanlara çox bəxşiş vermir, həm də restorandan çıxdıqdan sonra qarşısına çıxan hər kəsə pul verir”.

27.10.2016 17:03 139 dəfə baxılıb