“Sevda kuşun kanadında” serialının kadrarxası məqamları.

Türkiyəli aktrisa Hülya Aydın ARB TV-nin “Türk şou-maqazin” verilişinə eksklüziv açıqlamalar verib.

Sevilən aktrisa hazırda çəkildiyi serial haqda danışıb:
“Mən “Sevda kuşun kanadında” serialında “Esma” rolunu canlandırıram. Yavuz Bingölün həyat yoldaşı rolundayam. Kədərli obrazdır bir az. Yoldaşım nə məndən boşanmaq istəyir, nə də mənimlə bərabər ola bilir. Çünki sevgilisi var və onunla birlikdə yaşayırlar. Çox tanınmış biri olduğu üçün boşanma məsələsini açmaq istəmir. Çünki mediaya və ətrafındakı insanlara boşanma söz-söhbəti çatsa, onun imicinə zərər dəyəcək. Ona görə də evlilik oyunu oynayır”.

Aktrisa əvvəlki layihəsində azərbaycanlı qadın rolunu canlandırdığı üçün kursa yazıldığını bildirib:
“Bundan əvvəlki layihədə azərbaycanlı qadın rolunu oynayırdım. Sizin dilinizi öyrənmək üçün kurslara başlamışdım”.

11.10.2016 12:17 681 dəfə baxılıb