Visiontv.az xəbər verir ki, əllər insanın keşmişindən və gələcəyindən, vərdişlərindən, sağlamlığından danışa bilər.

Məsələn, qırmızı ovuclar qaraciyərin toksiki zədələnməsindən, hepatit və ya hepatozdan xəbər verir. Əgər ovuc içi sarımtıl rəngə çalırsa qaraciyərdə və öd kisəsində dəyişiklik var ( öd daşı, öd yolları xəstəlikləri, xolangit, xoletsistit).

Əlin üzərindəki qəhvəyi ləkələr yaşla bağlı olduğu kimi, öd kisəsi problemləri ilə də bağlı ola bilər. Əlin üstündə dəri qabıqlanırsa və qopursa bu A və D vitaminlərinin çatıçmazlığından xəbər verir. Əgər əl dərisində dırnaq böyüklükdə topa- topa dəri qırıqları yaranırsa bu göbələk xəstəliyinin əlamətidir.

96

Əlin temperaturu orqanizmin ümumi vəziyyətindən xəbər verir.

Soyuq əllər periferik qan dövranının pozulmasının əlamətidir. Orqanizmdə nikotin turşusu çatışmır. Bu turşu süd, ət, balıq göbələk, qarabaşaq, lobya, kələm vasitəsi ilə orqanizmə daxil olur.

Əksinə əllər istidirsə, böyrək dərman pereparatlarının, alkoqol və kimyəvi maddələrin qəbulu nəicəsində intoksikasiyadan əziyyət çəkir.

Əlinizdə sanki qarışqalar gəzişir, Bu sindrom insanın endokrin sistemində problemlərin yaranması ilə üzə çıxır. İslaq əllər də endokrin sistemin problemlərindən xəbər verir. Ovucların quruluğu və rəngsizliyi qalxanabənzər vəzin hiperfunksiyasının göstəricisidir.

Əgər çeçələ barmaq donursa ürək damar sistemi ilə bağlı problem var, kardioloqa müraciət etmək lazımdır. Baş barmaqların donması isə nəfəs sisteminin zəifliyinin göstəricisidir.

Barmaq ucları tünd qırmızı rəngdədirsə həzm sistemi, qırmızı və hətta bənövşəyiyə çalırsa qaraciyər və böyrəklərə diqqət etmək lazımdır.

Barmaqlarda şıqqıltı kalsium çatışmazlığı nəticəsində əmələ gəlir.

İnsanın ovucları nə qədər genişdirsə o qədər sağlamdır. Geniş ovuclu qısa barmaqlı adamların qan dövranı problemli olur, əsasən qan təzyiqindən əziyyət çəkirlər.

Nazik ovuclar və uzun barmaqlar əsəb sistemi zəif olan adamlarda olur. Belə adamlar havanın və atmosferin dəyişikliklərinə kəskin reaksiya göstəririlər.

Balaca əllərə malik insanlarda əsasən maddələr mübadiləsi pozuq olur. Çin təbabətinə görə, ovucun tən ortası mərkəzi sinir sistemi ilə əlaqədardır. Əgər baş barmaqla bu mərkəzə basarkən kəskin ağrı hiss olunarsa bu sağlıqla bağlı problemlərin olmasına işarə vurur, demək ki, özünüzlə əməlli başlı məşğul olmağın vaxtı çatıb.

14.10.2016 13:18 110 dəfə baxılıb